“Qarabağ”da məşhurlaşdı, iki klubdan təklif aldı - Hər şeyi özü dedi

22:30 Qarabağ 187
“Qarabağ”da məşhurlaşdı, iki klubdan təklif aldı - Hər şeyi özü dedi

“Əslində, cəmi iki təklifim var idi: biri Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), digəri isə Bolqarıstan “Ludoqorets”indən“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalskiyə məxsusdur.

Yaxınlarda ölkəsinə qayıdan və “Vyeçista” ilə 3 illik müqavilə imzalayan polşalı kiper Azərbaycan klubunda çıxış etdiyi vaxt real olaraq aldığı təkliflərin sayını açıqlayıb:

”BƏƏ-yə gedə bilərdim, amma karyeramın sonlarına yaxın ora getməyi düşünərdim. Onsuz da, bunun mənim başıma gələcəyini düşünmürəm, çünki karyeramı Avropada başa vurmağa üstünlük verərdim.

“Ludoqorets”ə isə getmədim, çünki komanda avrokuboklara vəsiqə qazana bilmədi. Yalnız ölkə çempionatında oynayacaqdımsa,

Bolqarıstan çempionatına getməkdənsə, Polşa çempionatına üstünlük verirəm”.

2024-cü ilin yayından bu ilin sentyarınadək “Qarabağ”ın heyətində 41 liqa oyununda meydana çıxan polyak 19 matçda qapısını toxunulmaz saxlayıb. Onun Çempionlar Liqasında 10 oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti