“Qarabağ”ın legioneri Marko Yankoviç Monteneqro millisinin heyətində İrəvanda Ermənistan yığmasına qarşı oynayıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 2-ci tur matçına start heyətində çıxıb və 90 dəqiqə meydanda olub.
Monteneqro səfərdə Ermənistanı 3:2 hesabı ilə məğlub edib.
Yankoviç də komandasının qələbə qazandığı görüşdə iştirak edib. Monteneqro qələbə qolunu 89-cu dəqiqədə (Aleksa Latkoviç) vurub.
Bu nəticədən sonra Monteneqro 2 oyundan 6 xalla qrupun lideridir. Ermənistan isə 3 xalla 2-ci pillədə qərarlaşıb.

