Qurban Qurbanovla Rəşad Sadıqovu şikayətçi edən - FOTOLAR

1 Mart 2020 09:40 Qarabağ 1 465
Qurban Qurbanovla Rəşad Sadıqovu şikayətçi edən - FOTOLAR

Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev oyundan sonra hakimin qərarlarına etiraz ediblər. Əsas etiraz Ağdam klubunun 90-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına görə olub.

Bundan başqa, hakimin digər qərarları da komandanın futbolçuları narazılıqla qarşılaşıb. Bu etirazlara görə baş hakim Elçin Məsiyev Q.Qarayevə sarı vərəqə göstərib.

Oyunun gedişatında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bir neçə dəfə köməkçi hakimə etiraz edib.

Digər Xəbərlər
Xəbər Lenti