“Qarabağ” 500 min avroya razılaşıb? - TRANSFER İDDİASI

12:40 Qarabağ 425
“Qarabağ” 500 min avroya razılaşıb? - TRANSFER İDDİASI

“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu müəyyənləşib.

Sportinfo.az weszlo.com-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper “Vyeçista”ya (Krakov) keçəcək.

Transfer məbləğinin 500 min avro olacağı iddia edilib.

Qış transfer pəncərəsində Koxalskiyə Dortmund “Borussiya”sı da maraq göstərib.

Həmin vaxt “Qarabağ”ın qapıçı üçün təxminən 7 milyon avro tələb etdiyi bildirilirdi. Kiper isə Premyer Liqada oynamaq arzusunda olduğunu açıqlamışdı.

“Qarabağ” Koxalskini 2024-cü ilin yay transfer pəncərəsində “Stal”dan 900 min avroya transfer edib.

O, bu mövsüm Ağdam təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. Ümumilikdə isə “Qarabağ”da 76 görüş keçirib.

Koxalski

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO