“Qarabağ” ÇL-in “Top-3”ündə qərarlaşan “1 nömrə“sini satdı - RƏSMİ

14:21 Qarabağ 222
“Qarabağ” ÇL-in “Top-3”ündə qərarlaşan “1 nömrə“sini satdı - RƏSMİ

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını Polşada - “Vyeçista”da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib.

O, Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

"Qarabağ" ona klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO