“Qarabağ”dan ayrıldı, gözlənilməz olayla üzləşdi - Ərəbistan klubuna keçidi baş tutmadı

9 Sentyabr 01:20 Qarabağ 1 030
“Qarabağ”dan ayrıldı, gözlənilməz olayla üzləşdi - Ərəbistan klubuna keçidi baş tutmadı

Bu yay “Qarabağ”dan ayrılaraq “Əl-Uruba”ya (Səudiyyə Ərəbistanı) keçən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.

Sportinfo.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayıb.

Onun yeni klubdakı müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb “Al-Uruba”nın maliyyə təminatı ilə bağlı problemi olub.

Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda fransalı yarımmüdafiəçi yeni klubla müqavilə imzalamaqda sərbəstdir.

A.Zubir 2018-ci ildən bu ilin yayına qədər "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti