Ərəbistanı klubu ilə müqaviləsini pozan Zubir yenidən “Qarabağ”da? - SON DƏQİQƏ

11:40 Qarabağ 343
Ərəbistanı klubu ilə müqaviləsini pozan Zubir yenidən “Qarabağ”da? - SON DƏQİQƏ

Avqustda “Qarabağ”la yollarını ayıran Abdullah Zubir transfer olunduğu “Əl-Uruba”da çıxış edə bilməyəcək.

Səudiyyə Ərəbistanı klubu yerli federasiyaya maliyyə təminatını verə bilmədiyindən, o, qeydiyyatdan keçirilməyib.

Liqanın tələblərinə yerinə yetirməyə gücü çatmayan “Əl-Uruba” Fransa vətəndaşı olan legionerlə müqaviləni pozmaq məcburiyyətində qalıb. Mərakeş kökənli vinger azad agent statusu alıb.

Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. Ötən müddətdə Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə verib.

2018-ci ildən formasını geyindiyi “köhlən atlar“dan daha çox pul qazanmaq niyyəti ilə ayrılan ərəbin yenidən bura dönəcəyi yönündə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Zubir “Qarabağ“ rəhbərliyi və məşqçiləri ilə əlaqə saxlayıb, Azərbaycana qayıtmaq fikrində olduğunu bildirib.

Bu informasiyaların kökü yoxdur. Klubdan öyrəndiyimizə görə, sol cinah oyunçusu ilə son günlər heç bir təmas qurulmayıb.

Qurban Qrubanov da Zubirin dönüşündə maraqlı olduğunu söyləməyib. Bir sözlə, məlum xəbərlər tamamilə əsassızdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!