“Qarabağ” - Biri qayıtdı, o isə meydana çıxmayacaq

01:00 Qarabağ 117
“Qarabağ” - Biri qayıtdı, o isə meydana çıxmayacaq

"Qarabağ"ın futbolçuları Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin son durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, Bəhlul Mustafazadənin vəziyyəti yaxşıdır.

Müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Onun Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"lə keçiriləcək qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməsi gözlənilir.

Elvin Cəfərquliyev isə həkim nəzarəti altında fərdi məşqlərini davam etdirir. Bu səbəbdən millimizin üzvü "Kəpəz"lə görüşdə komandasına kömək edə bilməyəcək.

"Kəpəz" - "Qarabağ" matçı noyabrın 22-si saat 17:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...