Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda öz meydanında Efiopiya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Mozambik millisinə dəvət alan “Qarabağ”ın müdafiəçisi Bruno Lanqa da bu oyunun iştirakçısı olub. Meydana start heyətində çıxan 29 yaşlı futbolçu görüşü əvəzolunmadan keçirib.
"Zirə"dən Mozambik millisinə dəvət alan Quimanın adı isə görüşün protokoluna daxil edilməyib.
Üç turdan sonra 4 xalı olan Mozambik millisi qrupda ikincidir.
