“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, öz meydanında Latviyanı qəbul edən komanda 2:1 hesabı ilə qalib gəlib.
Yankoviç matça start heyətdə başlayıb və sona qədər oynayıb. O, 70-ci dəqiqədə Nikola Kristoviçin hesabı açdığı qolda künc zərbəsindən məhsuldar ötürmə müəllif olub.
Monteneqro qrupda 13 xalla birinci yerdədir.
