Yayda “Qarabağ”dan birini transfer etdilər, qışda da onu alnaq istəyirlər

10:40 Qarabağ 118
Yayda “Qarabağ”dan birini transfer etdilər, qışda da onu alnaq istəyirlər

“Polesye” “Qarabağ”ın legioneri Aleksey Kaşukla maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas “BurBuzz” yutub kanalında məlumat verib.

Onun sözlərinə görə, Jitomir təmsilçisi 26 yaşlı sağ cinah hücumçusunu uzun müddətdir izləyir:

“Polesye” çoxdan Kaşuku izləyir. Ötən yay da onu transfer variantı kimi nəzərdən keçirirdilər, amma sonda sağ cinah üçün Leandro Andradeni aldılar.

Kaşukun imkanları baş məşqçi Ruslan Rotana yaxşı məlumdur. Çünki onlar həm gənclər, həm də olimpiya millisində birlikdə çalışıblar.

Buna görə də Rotan onu komandasında görmək istəyir. Ancaq həmin vaxt Andrade ilə kifayətləndilər”.

Jurnalist Kaşukun “Qarabağ”la müqaviləsinin 30 iyun 2027-ci ildə başa çatacağını da xatırladıb:

“Düşünürəm ki, indi yenidən onun namizədliyinə qayıda bilərlər. Nəzərə alsaq ki, Kaşukun müqaviləsi təxminən yarım ildən sonra başa çatır və o, ukraynalıdır, bu, əla variantdır. Onu hətta azad agent kimi də transfer etmək olar”.

Kaşuk bu mövsüm “Qarabağ”ın heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!