Avropa klublarının transfer siyahısında yer alan 7 "Qarabağ"lı - SİYAHI

9 Dekabr 2023 00:50 Qarabağ 8 566
Avropa klublarının transfer siyahısında yer alan 7 "Qarabağ"lı - SİYAHI

"Qarabağ" Avropa Liqasında mübarizəsini davam etdirir.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" 5 oyundan sonra H qrupunda 7 xalla 2-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi dekabrın 14-də Bakıda "Hekken"lə qarşılaşacaq. Azərbaycan klubu isveçliləri məğlub edəcəyi təqdirdə, pley-offa yüksələcək.

"Qarabağ"la bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. "Köhlən atlar"ın 7 futbolçusu Avropanın müxtəlif klublarının diqqət mərkəzindədir.

Söhbət Julio Romao, Marko Yankoviç, Olavio Juninyo, Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə və Leandro Andradedən gedir.

Bu oyunçular üçün rəsmi təklif olmasa da, menecerlər vasitəsi ilə danışıqlar aparılır. Lakin ağdamlılar hələ ki, hansısa futbolçusunu əldən buraxmaq istəmir.

Qış "transfer pəncərəsi" dövründə adıçəkilən oyunçulardan birinə rəsmi və fantastik təklif olarsa, klub bu haqda düşünə bilər (offsideplus.az).

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”