“Qarabağ”da həm futbolçu, həm də şəxsiyyət kimi böyüdüm” – Zubirdən SƏMİMİ ETİRAFLAR

2 İyun 2023 21:20 Qarabağ 1 335
“Qarabağ”da həm futbolçu, həm də şəxsiyyət kimi böyüdüm” – Zubirdən SƏMİMİ ETİRAFLAR

“Bura gələnə qədər Fransada oynamışdım, Rumıniya və Şotlandiyada legioner həyatı yaşamışdım, lakin heç vaxt titul qazanmamışdım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın aparıcı futbolçularından olan Abdullah Zubir deyib.

İndiyə qədər ölkəmizə gəlmiş legionerlərin arasında ən səviyyəlilərdən olan fransalı vinger Azərbaycana gəlişini karyerasının dönüş nöqtəsi hesab edir.

Abdullah “Qarabağ”da təkcə futbolçu kimi yox, həm də şəxsiyyət kimi yetişdiyini düşünür:

“Titulun yoxdursa, nə qədər yaxşı oynayırsan oyna, xeyri yoxdur. Çəkdiyin zəhmətin qarşılığını qazandıqların göstərir.

5 ildir “Qarabağ”dayam, 4 dəfə ölkə çempionu olmuşam, 1 dəfə Azərbaycan kubokunu qazanmışam.

Hər il avrokubokların qrup mərhələsində oynayıram, son 2 ildə qrup səddini də aşmışıq.

Bütün bunlar sıradan göstərici deyil. “Qarabağ”da həm futbolçu, həm də şəxsiyyət kimi böyüdüm”.

Abdullah Zubir “Qarabağ”ın formasını geyindiyi son 5 mövsümdə bütün yarışlarda 208 oyunda forma geyinməklə 46 qol vurub, 54 assist edib.

O, bu müddətdə 4 dəfə Azərbaycan çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!