
“Hazırda yeni transfer etmək haqda düşünmürük və yaxın vaxtlarda da gözlənilmir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Onun bildirdiyinə görə, klub olaraq bütün diqqəti Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə cavab matçına yönəldiblər.
Qitənin ən prestijli klub yarıçmasında qrup mərhələsinə vəsiqə qazanmaq iddiasında olan Azərbaycan çempionu transfer bazarlığını arxa plana keçirib:
“Bu gün gündəmimizdə heç kim yoxdur”.
“Köhlən atlar” mövsümlərarası fasilədə 2 legionerlə güclənib.
“Qarabağ” iki yarımmüdafiəçi – “Makkabi”dən (İsraildən) monteneqrolu Marko Yankoviç və “Santa Klara”dan (Portuqaliya) braziliyalı Julio Romaonu rənglərinə bağlayıb.