Azərbaycanda klub məhkəməyə verildi - Keçmiş futbolçusu tərəfindən

16 Avqust 08:30 Qalmaqal 1 092
Azərbaycanda klub məhkəməyə verildi - Keçmiş futbolçusu tərəfindən

"Sumqayıt” ın yarımmüdafiəçi Elşən Abdullayev sabiq komandası "Sabah”la bağlı məhkəməyə müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə iddiaçı Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, futbolçu tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

2013/14 mövsümündə də icarə əsasında "Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu "Səbail”lə yanaşı "Neftçi”, "Qarabağ”, Zirə” və "Sabah”da da çıxış edib.

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 yığmalarının də uğurları üçün çalışıb.

Elşən Abdullayev bu ilin yanvarında "Səbail”dən "Sumqayıt”a keçib. O, "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında "24” nömrəli formada çıxış edir.

Elşən Abdullayev məhkəməyə verdiyi "Sabah”ın formasını isə 2021-ci ildə geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."