“Xəzər Lənkəran“ın sahibinə qarşı yeni cinayət işi açıldı

13 Mart 2020 12:02 Qalmaqal 929
“Xəzər Lənkəran“ın sahibinə qarşı yeni cinayət işi açıldı

Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, “Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimova qarşı bir müddət əvvəl qaldırılmış və onun fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunduğu cinayət işi “dəlillərin yetərsiz olduğu” üçün bağlanıb.

Lakin Mənsimova qarşı dərhal yeni cinayət işi açılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti yazıb. Qəzet Mənsimova qarşı açılan ikinci cinayət işinin təfərrüatları barədə məlumat vermir, eyni zamanda qeyd edir ki, iş adamının bu dəfə nədə ittiham olunduğu məlum deyil.

Mənsimovun özü isə İstanbul xəstəxanalarından birinə yerləşdirilib. Onun bir neçə gün əvvəl əməliyyat olunduğu xəbər verilirdi. Mənsimovun səhhəti yenidən ciddi ölçülərdə pisləşib və onu xəstəxanaya aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti