Tərlan Əhmədov aranı qatdı, ağzının üstündən vurdular!

23 May 2019 13:24 Qalmaqal 817
Tərlan Əhmədov aranı qatdı, ağzının üstündən vurdular!

Futbol Veteranları İttifaqının son toplantısında qalmaqal baş verib.

«Keşlə»nin çadışdırıcısı Tərlan Əhmədov suyu bulandırıb.

O, tədbirdə çıxış edən futbol adamlarından birinin sözünü kəsərək, aranı bir-birinə qatıb. Əslində, həmin veteran tamam başqa mövzulardan danışıb, nə Əhmədova yaxın gəlib, nə də adını çəkib.

Söhbət «Qarabağ», «Kəpəz», «Xəzər Lənkəran», «Turan» kimi klubların formasını geyinmiş sabiq futbolçulardan, məşqçilərdən düşüb, onların diqqətdən kənarda qalmasından narazılıq ifadə olunub.

Daha sonra «Nefiçi»nin «Qarabağ»la keçirdiyi Premyer Liqanın son tur matçında biletlərin qiymətinin 50 manata qaldırılmasından danışılıb.

Bu zaman ayağa qalxan Tərlan Əhmədov natiqin sözünü kəsib və klub rəhbərliyinin əleyhinə ifadələr işlədib.

Onun hərəkəti toplantı iştirakçılarının kəskin narazılığıyla qarşılanıb və sərt etirazla üzləşib.

Bu Tərlan Əhmədovun hərdən özünü yuyulmamış çömçə kimi ortalığa atmağı olmaya da…

Gül kimi «Keşlə»ni qara günə qoyub, hələ dili də var danışmağa.

Başqası olsaydı, utandığından başını çölə çıxarmazdı. Hacı Tərlan isə…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti