Məşhur idmançını uşaq meydançasında həbs etdilər

13 May 2019 17:36 Qalmaqal 369
Məşhur idmançını uşaq meydançasında həbs etdilər

Məşhur rusiyalı qaydasız döyüş ustası Aleksandr Yemelyanenko həbs edilib.

Sportinfo.az xəbər verir ki, Yemelyanenko həbs olunarkən sərxoş vəziyyətdə olub.

O, demək olar ki, özünə nəzarət edə bilməyib. Yerli sakinlər polisə məlumat verərək naməlum şəxsin evin qarşısındakı uşaq meydançasında sərxoş vəziyyətdə səs-küy saldığını bildiriblər.

Hadisə yerinə gələn polislər sərxoş idmançını həbs ediblər. Hazırda polis şöbəsində olan Yemelyanenko vəkili ilə görüşdüyü və ifadə verdiyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti