Direktor barəsində cinayət işi başlandı - Rüşvət və dələduzluq

1 May 2019 11:36 Qalmaqal 385
Direktor barəsində cinayət işi başlandı - Rüşvət və dələduzluq

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.

Sportinfo.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

T.Hümbətov cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik açıqlanmayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizsəsinə baxılıb".

T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti