"Qarabağ"a gəlmədi, Türkiyədə qəzaya düşdü və öldü

29 Aprel 2019 10:48 Qalmaqal 740
"Qarabağ"a gəlmədi, Türkiyədə qəzaya düşdü və öldü

Türkiyə futbolunda faciə baş verib.

Sportinfo.az xəbər verir ki, "Alanyaspor"un futbolçusu Jozef Sural vəfat edib.

Hadisə dünən Superliqanın XXX turu çərçivəsində keçirilən "Kayserispor" - "Alanyaspor" (1:1) oyunundan sonra baş verib.

Kayseri səfərindən dönərkən Alanya klubunun 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb.

Sürücünün yolda yuxulaması mikroavtobusun aşmasına səbəb olub. Nəticədə ağır yaralanan hücumçu Jozef Sural dərhal xəstəxanaya aparılıb.

Lakin Çexiya yığmasının 29 yaşlı oyunçusunun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya uğrayan digər oyunçular yüngül xəsarətlə qurtulublar. Sürücü isə dərhal polis tərəfindən saxlanılıb.

Sural Türkiyəyə bu ilin yanvarında gəlmişdi. «Alaniyaspor»a «Sparta»dan keçən hucumçu Super Liqada 9 oyuna 1 qol vurmuşdu.

Ötən yay çexiyalının Azərbaycanda çıxış etmək imkanı varıydı. «Qarabağ»ın maraq dairəsində idi.

Daha yaxşı müqavilə şərtləri səbəbindən Türkiyəni seçdi. Bu da bir qismət və alın yazıs…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti