ŞİKAYƏTLƏNDİ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

25 Aprel 2019 15:00 Qalmaqal 492
ŞİKAYƏTLƏNDİ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

İçərişəhərdə tarixi abidələrin dağıdılaraq, yerində kafe, restoran tikilməsinə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik də biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, milliləşdirilmiş ukraynalı güləşçi dağıntını əks etdirən fotoları sosial şəbəkə hesabında paylaşaraq, “Vandallar Bakıda tarixi abidəni dağıtdılar” yazıb.

Stadnik dünya və 7 qat Avropa çempionudu. İçərişəhərdə tarixi abidələrin dağıdılmasına sosial şəbəkələrdə kəskin etirazlar var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti