Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.
Hadisə Xətai rayonu N.Rəfiyev küçəsində baş verib.
İki nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb.
Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.
S.Yunisoğlu 2007-2011-ci illərdə millimizdə çıxış edib. Onun sonuncu klubu «Rəvan» olub.
2017-ci ildə kareyrasına son verən sabiq müdafiəçi hazırda məşqçi olaraq çalışır. Dostlarıyla birgə yaratdığı uşaq akademiyasında.
Yunisoğlu hadisə barədə Sportinfo.az-a bunları deyib:
«Belə bir ciddi nəsə olmayib. Marketə getmək istəyirdim axşam. Maşını qaranlıqda saxlamışdım.
Gödəkçəmi dəyişmək istəyirdim, bu anda iki nəfər yaxınlaşdı. Biri nəsə soruşdu, ikinci arxadan bir necə dəfə zərbə vurmaq istədi.
Yəqin ki, portmonatımı oğurlamaq istəyirdilər. O da əlimdə idi. Bu cəhd alınmadı və qaçdılar.
.Ciddi xəsarət almamışam, hər şey normaldı. Heç bir yerə müraciət və şikayət eləməmişəm. Saytlar məsələni çox şişirdiblər».

