Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.
Sportinfo.az xəbər verir ki, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində baş verib.
İki nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb.
Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.
S.Yunisoğlu 2007-2011-ci illərdə millimizdə çıxış edib. Onun sonuncu klubu «Rəvan» olub.
2017-ci ildə kareyrasına son verən sabiq müdafiəçi hazırda məşqçi olaraq çalışır. Dostlarıyla birgə yaratdığı uşaq akademiyasında.

