Bakıda küçədə qıza hücum edən şəxs məşqçinin oğlu imiş…

18 Aprel 2019 17:24 Qalmaqal 719
Bakıda küçədə qıza hücum edən şəxs məşqçinin oğlu imiş…

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya küçədə hücum edən saxlanılıb.

Bu barədə "qafqazinfo"ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakini Tural Qarayev saxlanılıb.

Sportinfo.az-ın məlumatına görə, o, tanınmış məşqçi Gəray Qarayevin oğludu.

Qarayev müxtəlif klublarda, son olaraq isə AZAL-da çalışıb. Vaxtilə «Ərzurumspor»da mərhum Ruslan Abdullayevin fiziki hazırlıq üzrə köməkçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti