Millinin anbarından oğurluq edilib – QOVULMANIN GİZLİ SƏBƏBİ

19 Mart 2019 20:36 Qalmaqal 1 233
Millinin anbarından oğurluq edilib – QOVULMANIN GİZLİ SƏBƏBİ

İslam Abbasov bir müddətdi futbol camiəsindən kənar düşüb.

Uzun illər millinin baş adminstratoru olan, bu ilin əvvəlindən isə «Keşlə»nin Müşahidə Şurasının sədri postunu tutan şəxs öz istəyi ilə hər iki işindən ayrılmayıb.

Ondan olsaydı, həyatının qalan hissəsini də burda keçirərdi. Axı niyə də yox?!!

Abbasov heç yerdə qazanmadığı, görmədiyi pulu futbolda qazanıb və görüb. «Otkat İslam» ləqəbini havadan ona verməyiblər.

Bu adı əldə etmək üçün sözün həqiqi mənasında «külüng çalıb». Hələ üstündən xeyli keçəcək, Abbasovun fəaliyyəti, əməlləri yaddan çıxmayacaq, ondan danışılacaq.

Bir əldə iki «qarpız» tutan «Otkat İslam» gözləmədiyi zərbəni alıb. Ötən illər ərzində maddi durumunu yetərincə yaxşılaşdıran, «Neftçi»dən vurub, «Kəpəz»dən çıxan, yığmanın dəyişilməz siması olan Abbasov nəfsinin ağırlığına dözməyib.

AFFA rəhbərliyinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, milli komandalar üçün Azərbaycana gətirilən geyim dəstlərinin, formaların bəlli bir hissəsi anbardan yoxa çıxıb.

Bu, çimərlik futbolu üzrə millinin texniki təhcizat məsələsini həll etmək istərkən məlum olub. Belə ki, «Nike» şirkətinin məhsulları hansısa yollarla anbardan çıxarılıb və əlaltından satılıb.

Bu işdə İslam Abbasovla yanaşı, Cavid Əhmədovun adı hallanır. Başqa sözlə, birincinin «Kəpəz»dən milliyə dartıb gətirdiyi inzibatçı vasitəilə formaların başına «daş saldığı» bildirilir.

Hansı ki, həmin geyim dəstləri «Alfa», «Ulduzlar» və başqa adlar altında keçirilən müxtəlif mini turnirlərin iştirakçı komandalarına satılıb. Özü də dəyər-dəyməzinə yox, babat qiymətə.

Əlbəttə, millilərin geyim dəstləri anbarda tapılmırsa, bunun cavabını İslam Abbasov verməlidi. Quru töhmətlə işdən atılmadığı dəqiqdi.

Vurduğu ziyanı ödəyəcəyinə dair öhdəlik götürüb.

Əks halda, barəsində təhqiqat aparılması və cinayət işi açılması üçün hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılacağı barədə ona xəbərdarlıq olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti