Onu "beşbarmaq"la döyürdü

7 Mart 2019 15:48 Qalmaqal 430
Onu "beşbarmaq"la döyürdü

Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova dindirilib.

F.Yusifova deyib ki, E.Məcidovun B.Dilbazini döyməsini gözüylə görüb Prosesdə E.Məcidovun uşaqları ifadə veriblər.

Uşaqlar atalarını sevmədiklərini, ondan qorxduqlarını söyləyiblər: "Atam babamı döyəndə mən də orada idim. Atam babamı "beşbarmaq"la döyürdü".

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib. E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb.

Cütlüyün bu nikahdan iki övladı olub. Uşaqlar ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib.

Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub. Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib.

İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub (lent.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti