"Ararat"ın divarına "Qarabağ Azərbaycanın tərkib hissəsidi" yazdılar - VİDEOLAR

6 Mart 2019 10:48 Qalmaqal 538
"Ararat"ın divarına "Qarabağ Azərbaycanın tərkib hissəsidi" yazdılar - VİDEOLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan erməni diasporu ilə görüşündə qaldırılan "Qarabağ-Ermənistandır" şüarı olan bir plakat İran azərbaycanlıları arasında böyük narazılığa səbəb olub.

buna cavab olaraq bu səhər Təbrizdə naməlum şəxslər Təbriz ermənilərinin "Ararat" futbol klubunun divarlarına "Qarabağ Azərbaycanın tərkib hissəsidir" şüarları yazıblar.

Maraqlıdı ki, şüar latın əlifbası ilə yazılıb. Bundan əlavə, cümə namazı zamanı azərbaycanlıların etirazlarından ehtiyat edərək, Təbrizdə Əli Xameneinin "Qarabağ İslam torpağıdı" plakatları asılıb.

İran xüsusi xidmət orqanlarının nümayəndələri həm də ondan narahat olublar ki, Təbrizdə on minlərlə azərbaycanlı öz sevimli futbol klubu “Traktorsazi”nin İsfahan "Sepahan"ına qarşı oyununu izləmək üçün stadiona toplaşcaq.

Artıq stadiondan gələn və minlərlə azarkeşin oyundan əvvəl "Qarabağ bizimdi, bizim olacaq!” şüarını səsləndirdikləri videolar sosial şəbəkələrdə yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti