Hakimi döyən futbolçu MFL-dən birdəfəlik uzaqlaşdırıldı

4 Mart 2019 14:12 Qalmaqal 519
Hakimi döyən futbolçu MFL-dən birdəfəlik uzaqlaşdırıldı

Həvəskar futbolçular arasında keçirilən Mini Futbol Liqasının (MFL) 23-cü turunda xoşagəlməz olayın yaşandığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, fevralın 27-də baş tutan “Sabko” - “Qala Sığorta” oyununda (0:3) ara qarışıb. Matçı idarə edən Nahid Xasıyev döyülüb.

Artıq hadisənin vieogörüntüləri də yayılıb. Oyunun gedişində ədalət təmsilçisinin qərarı ilə razılaşmayan “Sabko”nun üzvü Ramil Əliyev etiraza görə qarşısında sarı vərəqə görüb.

Buna görə hakimi itələyən futbolçu haqlı olaraq “qırmızı” ilə cəzalanıb. Həmin qərardan hiddətlənən Ramil hakimə yumruq zərbələri endirib.

Yaxınlıqdakıların müdaxiləsi nəticəsində Xasıyevi futbolçunun əlindən xilas etmək mümkün olub. Onu da qeyd edək ki, Ramil “Qəbələ”nin futbolçusu Rauf Əliyevin böyük qardaşıdı.

Maraqlıdı ki, MFL-in saytında da həmin görüntülər yerləşdirilib. Təşkilatçı qurumun sözügedən insidentlə bağlı qərarı isə belə olub:

“Fevralın 27-də keçirilmiş “Sabko” - “Qala Sığorta” oyununda “Sabko”nun futbolçusu Ramil Əliyev hakimə qarşı fiziki güc tətbiq edərək onu vurub.

Bu səbəbdən onun həmişəlik MFL-də iştirakına qadağa qoyulur. Baş vermiş insident səbəbindən görüşün 23-cü dəqiqəsində hakim oyunu dayandırıb və davam etdirməyib.

Bu səbəbdən “Sabko”ya texniki məğlubiyyət verilir. Analoji hal yenidən təkrarlanarsa, komanda liqadan uzaqlaşdırılacaq.

Hakimə hücum edilməsi ilə bağlı artıq Daxili İşlər Nazirliyinə və AFFA rəhbərliyinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. İnsidentin videoyazısı müvafiq strukturlara təqdim edilib.

Bütün komandaların diqqətinə çatdırılır ki, belə hadisə yenidən təkrarlanacağı təqdirdə dərhal sözügedən qurumlar məlumatlandırılacaqlar və faktla bağlı müvafiq tədbir görüləcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti