Bakıdakı idman mərkəzindəki güclü yanğının VİDEO+FOTOLARI

2 Mart 2019 16:24 Qalmaqal 417
Bakıdakı idman mərkəzindəki güclü yanğının VİDEO+FOTOLARI

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində "Vətən" İdman Kompleksində dəhşətli yanğın baş verib.

Sportinfo.az xəbər verir ki, yanğınla bağlı FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub və baş verən yanğın söndürülüb.

Publika.az-ın məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti