VİDEO: Rəşad Sadıqov Rusiya kanalının onu aldatmasından danışdı

1 Mart 2019 15:36 Qalmaqal 585
VİDEO: Rəşad Sadıqov Rusiya kanalının onu aldatmasından danışdı

Bir neçə gündü ölkə idman mətbuatında “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Rusiyanın “MATÇ” TV kanalına müsahibəsindən bir hissə yayımlanır.

Orda R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışdığı diqqət çəkir.

Bu videonu ilk olaraq “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib.

Ağdam klubunun səhifəsi də R.Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

Müsahibə özü ötən ilin oktyabrında, London “Arsanal”ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Lakin Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb.

“Qarabağ”ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib. O, Sportinfo.az-a açıqlamasında bu haqda danışıb:

«Düzü, mən bilmirəm ki, müsahibədən həmin hissə efirə verilməyəcək. Çünki çəkilişdən sonra 1-2 dəqiqə ayaqüstü söhbət etmişdik.

Jurnalisitdən verlişin nə zaman yayımlanacağı ilə maraqlandım. Hətta soruşdum ki, danışıqdıqlarımızın hamısını göstərəcəksizmi?

Dedilər ki, bəli, gedəcək. Özləri də qeyd etdi ki, çox maraqlı müsahibə alındı. Verlişin vaxtını da söylədilər.

Sonra baxdım və gördüm ki, nəinki həmin yer, ümumiyyətlə, müsahibədən bir çox hissə efirə getməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti