Rauf Əliyevin qardaşı hakimi bu cür döydü - VİDEO

1 Mart 2019 14:00 Qalmaqal 765
Rauf Əliyevin qardaşı hakimi bu cür döydü - VİDEO

Dünən xəbər verildiyi kimi, Mini Futbol Liqasında (MFL) biabırçı hadisə yaşanıb.


"Qala Sığorta" və "Sabko" arasındakı qarşılaşma yarımçıq dayandırılıb.

Buna "Sabko"nun futbolçusu Ramin Əliyevin oyunun baş hakimi Nahid Xasıyevi döyməsi səbəb olub.

O, Premyer Liqa oyunlarına da təyinat alan referiyə sillə və təpik zərbələri endirib. Bundan sonra oyun saxlanılıb.

Xasıyev polisə şikayət edib. Ona xəsarət yetirən Ramin Əliyev yığmanın və “Qəbələ”nin hücumçusu Rauf Əliyevin qardaşıdı.

Raminin peşəkar karyerası əsasən aşağı ranqlı klublarda keçib. O, Premyer Liqala MOİK-in də formasını geyinib (Sportinfo.az).

.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti