Premyer Liqa hakimini döydülər, oyun başa çatmadı

1 Mart 2019 09:24 Qalmaqal 509
Premyer Liqa hakimini döydülər, oyun başa çatmadı

Mini Futbol Liqasında (MFL) biabırçı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, "Qala Sığorta" və "Sabko" arasındakı qarşılaşma yarımçıq dayandırılıb.

Buna "Sabko"nun futbolçusu Ramin Əliyevin oyunun baş hakimi Nahid Xasıyevi döyməsi səbəb olub.

Məlumata görə, o, Premyer Liqa oyunlarına da təyinat alan referiyə sillə və təpik zərbələri endirib. Bundan sonra oyun saxlanılıb.

"Sabko"ya "Qala Sığorta" qarşısında texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti