Azərbaycan bayrağını təhqir edən erməni idmançını diz çökdürdülər – FOTO

23 Fevral 2019 11:48 Qalmaqal 1 517
Azərbaycan bayrağını təhqir edən erməni idmançını diz çökdürdülər – FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan bayrağını təhqid edən şəxs cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib.

Bildirilib ki, “facebook”da “First Armenian Front /FAF ultras/” səhifəsində Azərbaycan bayrağı təhqir edilib.

İki gənc erməni idmançı bayrağımızı yerə ataraq tapdalayıb. Rusiyada yaşayan vətənsevər azərbaycanlılar həmin ermənilərdən birini tapıb və cəzalandırıblar.

Həmin erməni diz çökərək Azərbaycan xalqından üzr istəyib.

Bayrağımızı təhqir edən digər erməni də Moskvada yaşayan soydaşlarımız tərəfindən axtarılır. Həmin şəxsin də cəzalandırılacağı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti