Gürcüstan Ermənistanı blokadadan çıxarmaq üçün özünün müstəqilliyini elan eləmiş və artıq Rusiya tərəfindən tanınmış, separatçı Abxaziyadan keçən Rusiya - Ermənistan dəmiryol xəttini açmağa hazırlaşır.
Separatçı respublikalar tərəfindən vuruşub əli gürcülərin qanına batan erməni terrorçuya da Axalkalakidə böyük bir abidə ucaldıldı.
İndi də Dağlıq Qarabağın separatçı rejiminin gündöyməzindən öpür.
On-on beş gün bundan qabaq Dağlıq Qarabağ ermənilərini festivala dəvət eləmişdilər, bu günlərdə də Xankəndinin «Artsax» komandasını Tbilisidə keçiriləcək beynəlxalq futbol yarışına dəvət ediblər.
Belə getsə, tezliklə Osetiya və Abxaziyanı da müsətqil dövlət kimi tanıyacaqlar.
Kəsəsi, Gürcüstan hökuməti gürcü millətinin qürurunu sındırır.
Yəqin, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı rejimin adını daşıyan bir komandaya paytaxtında şərait yaradan Gürcüstanın Azərbaycanla yoldaşlığı yalnız neft-qaz yoldaşlığıdır.
Və belə getsə, neftimiz-qazımız qurtaranda rəsmi Tiflis işğalçı Ermənistanla müttəfiqliyini açıq bəyan edəcək...
ƏDALƏT

