Qondarma DQR klubunda 3 yeni legioner – Azərbaycan bilsin

21 Fevral 2019 16:36 Qalmaqal 751
Qondarma DQR klubunda 3 yeni legioner – Azərbaycan bilsin

Qondarma «Dağlıq Qarabağ Respublikas»sını təmsil edən və İrəvanda fəaliyyət göstərən “Artsax”ın Gürcüstanda yerli komandalarıan biri ilə görüş keçirdiyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, görüş 11-23 fevralda Gürcüstanda keçirilən təlim-məşq toplanışları çərçivəsində baş tutub.

Toplanış Tiflisdə Tengiz Sulakvelidze adına idman akademiyasında təşkil edilib.

Təlimlərin gedişində separatçı erməni komandasının yaxınlığında toplanarkən, Gürcüstan premyer liqasının klubları ilə 4 yoldaşlıq görüşü də planlaşdırılıb.

Separatçı erməni rejiminin adını daşıyan komandanın rəqibləri Telavinin "Kaxeti", "Qagra", "Merani" və "Vit Georgia" olacaq.

Artıq oyunlardan biri - “Kaxeti” ilə matç ayın 13-də baş tutub.

Toplanış zamanı Türkmənistan yığmasının müdafiəçisi Serdar Annorazov, ukraynalı yarımmüdafiəçi Valeri Qrişin və Gürcüstan yığmasından daha bir müdafiəçi “Artsax”ın tərkibində sınaq oyunları keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib