Bizim qardaşlarımızdı

19 Fevral 2019 17:12 Qalmaqal 368
Bizim qardaşlarımızdı

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Zabit Səmədov bu barədə öz Instagram səhifəsində yazıb.

“Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcədə din qardaşlarımıza və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdı.

Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirilər”, - deyə o bildirib.

Zabit Səmədov əminliyini vurğulayıb ki, azərbaycanlılar və çeçenlər qardaş xalqların münasibətlərini korlamağa cəhd edənlərin toruna düşməyəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti