"Neftçi"nin futbolçusu mübahisə etdi, rəfiqəsini kürəyindən bıçaqladı

15 Fevral 2019 16:24 Qalmaqal 815
"Neftçi"nin futbolçusu mübahisə etdi, rəfiqəsini kürəyindən bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini kürəyindən bıçaqlamaqda təqsirləndirilən Samirə Kurdyukovanın məhkəməsi başlayıb.

Sportinfo.az xəbər verir ki, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.Kurdyukova yetkinlik yaşına çatmadığını və futbolçu olduğunu deyib. Məhkəmə prosesinin qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Proses fevralın 15-də davam etdiriləcək. İttihama görə, Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı kürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, F.İbrahimovanı rəfiqəsi S.Kurdyukova mübahisə zamanı bıçaqlayıb. S.Kurdyukova polis nəzarətinə verilməklə azadlıqda qalıb.

S.Kurdyukova 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti