Separatçı rejimin lideri Bako Saakyan Paris, Vaşinqton və Moskva səfərindən sonra orda ona nə deyiblərsə, ayağı bir az da yer alıb.
İndi Ağdamın işğal altında olan kəndlərində də tikinti-quruculuq işləri aparır.
Təbii ki, ATƏT-in həmsədr ölkələrinin xeyir-duası ilə.
İndi də deyəsən, hardansa icazə alıb, Dağlıq Qarabağda mini Avropa çempionatı keçirməyə hazırlaşırlar.
Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (CONIFA) Qarabağda düzənləcəyi turnir 2019-cu il iyunun 1-dən 16-dək təşkil olunacaq.
Söhbət mini futboldan getmir, yekə futboldan gedir.
Bir vaxtlar da Xankəndinin «Artsax» adlı komandalarını Ermənistan çempionatına sala bilmişdilər. Sonra bizim AFFA-nın sərt təpgisi qarşısında UEFA həoəkətə gəldi və «Artsax»ı öz siyahısından çıxartdı.
İndi söz təkcə AFFA-nın yox, həm də Xarici İşlər Nazirliyinindi.
SPORTİNFO.AZ

