”Səbail”in avtoş kapitanı polis tərəfindən saxlanıldı və… - VİDEO

3 Dekabr 2018 13:24 Qalmaqal 685
”Səbail”in avtoş kapitanı polis tərəfindən saxlanıldı və… - VİDEO

”Səbail”in uzun müddətdi zədəli olan kapitanı Eltun Yaqublunun baş rol aldığı son qalmaqal barədə günlər öncə məlumat vermişdik.

Müdafiəçi bu dəfə avtoşluq etməklə gündəmə gəlib.

Komanda yoldaşı Ağabala Ramazanovun toyundan sonra Yaqublu dostunun xoş gününü avtoşluqla qeyd edib. Hadisənin görüntülərini komanda yoldaşlarından bir çoxu sosial şəbəkələrdə paylaşıb.

Düzdü, Yaqublu maşınını 4-5 ay öncə satdığını və həmin axşam sükan arxasında özünün əyləşmədiyini, sürücünü tanımadığını bildirib.

O, ümumiyyyətlə, bu hadisəylə bağlı hər hansı əlaqəsini təkzib edib. Amma və lakin…

Redaksiyamıza daxil olan yeni məlumat ”Səbail”in ağasının həqiqətin gözündən yayınmaq istəməsini göstərir.

Təfərrüat ondan ibarətdi ki, olay Bakının ən məşhur şadlıq saraylarından olan ”Opera”nın həyətində baş verib.

Yaqublu avtoşluq ehtirasını elə o gecə söndürüb. Görüntülərin sosial şəbəkədə yayılması ertəsi gün onun Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasıyla nəticələnib.

«Opera»nın yerləşdiyi ərazi üzrə idarəyə aparılan Eltunun avtomobili cərimə meydançasına aparılıb, özü isə 500 manat cərimələnib. Yaqublu yalnız 1 gün sonra maşınını ordan götürə bilib.

Bir az pulu oldu, gözü ayağının altına görmür bizim futbolçuların. Çox tez dəyişir, «genəlirlər». Eltun Yaqublu haqda bir neçə il əvvəl mətbuat nə yazırdı, indi nə yazır!

Deyirdik ki, istedadlıdı, öz üzərində işləsə, gələcəyi parlaqdı. O, azsaylı futbolçulardandı ki, Qurban Qurbanovun ürəyini fəth eləmişdi. "Qarabağ»a transferi yetirməsi olduğu «Neftçi»yə 100 min manat qazandırmışdı.

Qurbanov çox çalışdı, lakin Yaqublu onun istədiyi səviyyəyə yüksəlmədi. Hətta Rəşad Sadıqovun dəstəyi də müdafiəçini ölkə çapında irəli getməyə kifayət etmədi.

Çün artıq bu cavan oğlanın fikri başqa-başqa yerlərdə idi. «Səbail» yaranandan bəri isə Yaqublu haqda bütün xoş fikirlər əoşə çəkildi.

Tamerlan Abdullayevlə - «Neftçi»də İslam Kərimovun rəhbərliyi altında oynadıqları vaxt tanış olan Eltun uşaqlıq dostunun kurasiyasındakı kluba gələr-gəlməz atamanlıq eşqinə düşdü. Külli ixtiyara yiyələndi.

Məşqçi çıxarıb, məşqçi gətirmək əlində su içmək kimi bir şeydi. Gecənin bir çağı Samir Əliyevi postundan göndərən adamıd.

Bir şey ki, AFFA-nın baş katibi Elxan Məmmədov da onun öhdəsindən gəlməkdə acizdi. Əlbəttə, arxalıdı, ona görə də həm maşını «xoruldayır», həm də özü.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti