Bugünlərdə 50 illik yubileyini qeyd edən Vəli Qasımov növbəti qalmaqala səbəbkar olub.
«Neftçi»nin sabiq baş məşqçisi ad gününə dəvət etdiyi yerli veteranların bir çoxunu özündən narazı salıb.
Əcnəbi qonaqlarla yoldaşlıq görüşündən sonra Bakının məşhur restoranlarından birinə dəvət olunanlar burda göhzləmədikləri stiuasiya ilə üzləşib.
Onlara zalda boş yerin olmadığı bildirilib və təklif edilib ki, 3-cü mərtəbədə əyləşsinlər. Bu isə təbii ki, özünə hörmət qoyan bir qrup futbol adamının xoşuna gəlməyib və məclis başlamamış həmin məkanı tərk eləyib (Sportinfo.az).

