AFFA vacib sahəni cinsi azlığın nümayəndəsinə tapşırıb?

27 Noyabr 2018 16:36 Qalmaqal 965
AFFA vacib sahəni cinsi azlığın nümayəndəsinə tapşırıb?

AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrın ilk yarısında, Hakimlər və Hakim-İnspektorlar komitələrinin birləşdirilməsi zamanı bir açıqlama vermişdi.

Bildirmişdi ki, yeni komitənin tərkibi qarşıdakı 2 həft ərzində müəyyənləşəcək.

Daha sonra federasiyanın mətbuat xidmətindən redaksiyamıza məlumat verildi ki, üzvlərin kimliyi noyabrın axırında dəqiqləşdiriləcək və adları təsdiqlənmək üçün İcraiyyə Komitəsinin dekabrın əvvəlində keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mətbuatda yayılan məlumatlardan belə məlum olur ki, beynəlxalq dərəcəli hakim, «Neftçi»nin sabiq vitse-prezidenti Tahir Süleymanov başda olmaqla, keçmişi bu sahəyə bağlı bir sıra tanınmış personalar AFFA-nın yeni təşəbbüsünü dəstəkləməyib və birləşdirilən komitəyə üzvlük təklifini geri çevirib.

Bunun səbəbləri arasında… Komitənin sədri Fritz Stuxlikin cinsi azlığın nümayəndəsi olması haqda şübhələr var. Onun Avstriyadan Bakıya «by friend» gətirdiyinə dair federasyanın özündə söz-söhbətlər dolaşır.

Bu, bizim münasibət bildirəcəyimiz məsələ deyil. Stuxlik Azərbaycan futbolunda adına xəbər çıxan şəxslərdən nə birincisidi, nə ikincisi. Belələrindən bəzisi hələ də iş başındadı.

Amma onun tərəfdarı deyilik ki, bu kimi şeylər müzakirəyə çıxarılsın. İşdən qorxanları və yayılan söz-söhbətləri əsas gətirib yayınanları qınayırıq.

Məqsəd ölkə futbolunu inkişaf etdirməkdisə, şəxsin personası və özəl həyatını bir kənara qoyub, bacarığına, savadına qiymət verilməlidi. Daha onda avstriyalı funksionerlə Xaqani Məmmədovun nə fərqi oldu?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti