Futbolçu 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirdi

17 Noyabr 2018 13:00 Qalmaqal 421
Futbolçu 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirdi

Rusiyada adı açıqlanmayan dağıstanlı futbolçu taksi sürücüsünü qətlə yetirməkdə və onun avtomobilini qaçırmaqda şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, hadisəni Həştərxanın "Zvezda" komandasında baxışda olan oyunçu törədib.

O, 78 yaşlı taksi sürücüsünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Oğurlanan "Fiat" markalı avtomobil 23 yaşlı idmançının yaşadığı Xasavyurt şəhərində aşkarlanıb.

Bildirilir ki, şübhəli şəxs Həştərxandan Komsomolskaya getmək üçün taksi sifariş verib. Buradan isə Xasavyurta avtobusla getməyi planlaşdırıb. Ancaq yolda taksi sürücüsünü qətlə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!