Azərbaycanlı klub şefinin həbs müddəti uzadıldı

10 Noyabr 2018 08:36 Qalmaqal 418
Azərbaycanlı klub şefinin həbs müddəti uzadıldı

Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin və "İnter"in (indki "Keşlə") keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

C.Hacıyevin vəkili Aqil Layicovn sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Sportinfo.az xəbər verir ki, qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin həbs müddəti daha iki ay artırılıb.

Vəkil bildirib ki, ibtidai istintaq başa çatıb, lakin müvəkkili cinayət materialları ilə tanış olur. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.

Daha sonra C.Hacıyev və daha 25 nəfərə cinayət işi başlanılıb. 25 nəfər isə artıq cinayət materialları ilə tanış olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti