Canım AFFA, gözüm AFFA,incitmə QARABAĞ ATLARINI!

4 Noyabr 2018 17:14 Qalmaqal 596
Canım AFFA, gözüm AFFA,incitmə QARABAĞ ATLARINI!

Vergilər Nazirliyi qəfil tökülüb bir obyektin qapısını-pəncərəsini bağladığı kimi, Milli Antidopinq Agentliyinin əməkdaşları da qəflətən tökülüblər «Qarabağ»ın Milli Olimpiya Stadionundakı istirahət otağına.

Qapı-pəncərələri bağlayıblar ki, birdən futbolçular aradan çıxar və dopinq testi keçiriblər.

Məşqdən təzəcə qayıdıb ayın 25-də keçiriləcək ciddi bir oyun üçün istirahət edən oyunçuların isti aşlarına soyuq su qatıblar. Futbolçuların əhval-ruhiyyəsini qaldırmaq əvəzinə, olan-qalan ovqatlarını da pozublar.

Komandanın rəhbərliyi UEFA ilə əlaqə saxlayıb , UEFA da bildirib ki, biz belə bir təlimat verməmişik.

Oyunqabağı bu uşaqları sındırmaq , komandanın əhval-ruhiyyəsini pozmaq kimə və ya nəyəsə xidmət edə bilər, amma futbola yox.

«Xəzər-Lənkəran», «Kəpəz», «Turan», «Qəbələ»… deyəsən, növbə «Qarabağ»ındı.

ƏDALƏT

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti