Məşhur futbolçudan hamilə qadına əxlaqsız təklif - FOTOLAR

2 Noyabr 2018 01:00 Qalmaqal 560
Məşhur futbolçudan hamilə qadına əxlaqsız təklif - FOTOLAR

“Liverpul”un futbolçusu Trent Aleksandr-Arnoldun hamilə qadına əxlaqsız təklif etdiyi ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, məşhur futbolçunun adı açıqlanmayan qadına yazdıqları böyük səs-küy yaradıb.

Belə ki, 7 aylıq hamilə xanım sosial şəbəkələrin birindəAleksandr-Arnolda həyat yoldaşını ilk atalar günü münasibətilə təbrik etmək üçün mesaj yazıb.

O bildirib ki, 7 aylıq hamilədir və həyat yoldaşını təbrik etmək istəyir. Çünki həyat yoldaşı “Liverpul” fanatıdır və Trent ən sevdiyi oyunçulardandır.

Cavabında isə futbolçu xanıma “Snapchat” hesabının olub-olmadığını soruşub. Orada isə xanıma “əgər hamilə arvadı ilə birlikdə olsam, ərin xoşbəxt olar? Onun hamilə arvadı ilə yata bilərəm?” mesajını yazıb.

Futbolçunun bu hərəkətindən şoka düşən hamilə xanım ona “ərimə sadiqəm və sən bu sözləri yazdığın üçün utanmırsan?” mesajını göndərib.

Aleksandr-Arnold xanıma belə cavab verib: “Mən çox qadınla danışıram və aralarında hamilə olan təkcə sənsən”.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti