Hazırda Bosniya və Herseqovina millisini çalışdıran Robert Prosineçkinin Bakıda qalmaqal yaratdığı üzə çıxıb.
Bu barədə Sportinfo.az-a daxil olan məlumata görə, xorvatyalı mütəxəssis AFFA-nın yeni müqavilə təklifini qəbul etməyəndən sonra dostlarla sağollaşmaq niyyəti ilə şəhərin ən bahalı restoranlarından birində kiçik məclis təşkil edib.
2 il yığmamıın sükanı arxasında olan Prosineçki qonaqlığın axırında aləmi bir-birinə vurub. Çoxlu spirtli içki qəbul edən balkanlı növbəti sifarişini verib. Lakin istədiyi təamın gec gətirilməsindən əsəbləşərək, ofisinatın üzünə sillə vurub və yumruqlayıb.
Restoran personalının müdaxiləsindən sonra onu güclə sakitləşdirmək mümkün olub. Prosineçki 860 manat hesab ödəyərək, əsəbi halda burdan ayrılıb.

