"Qarabağ"ın rəqibinin oyununda meydana partlayıcı maddə atıldı

1 Noyabr 2018 15:24 Qalmaqal 342
"Qarabağ"ın rəqibinin oyununda meydana partlayıcı maddə atıldı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vorskla”nın Ukrayna çempionatda Odessa “Çernomerets”i ilə görüşündə meydana partlayıcı maddə atılıb.

Sportinfo.az xəbər verir ki, hadisədən sonra hakim oyunu dayandırıb.

Tüstü tam dağıldıqdan və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra oyun davam etdirilib. Hadisə nəticəsində futbolçular və azarkeşlər arasında xəsarət alan olmayıb. Görüş “Vorskla” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib