“Keşlə” ilə bugünkü oyunda xal itirməsi “Qarabağ”ın azarkeşlərinin xoşuna gəlməyib.
Sportinfo.az xəbər verir ki, matçdan sonra futbolçuları tribunaya çağıran fanatlar onları alqışlamayıb.
İradlarını bildirən fanatların görüşünə başıaşağı yollanan futbolçular da durumun fərqində idi. Onlar da sakitcə fanatların iradlarını qısa müddət dinləyib.
Yalnız kapitan Rəşad Sadıqovun önə çıxmasından sonra iradlarını bitirən azarkeşlər onları alqışlamağı lazım bilib.
Qara Qarayevsə tribunaya bir az da yaxınlaşıb. O, azarkeşlərlə yaxından ünsiyyətdə olub, yəqin ki, vəziyyəti izah edib, onlardan səbrli olmalarını istəyib.

