Dünən axşam saatlarında Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Araz Abdullayev Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Sportinfo.az xəbər verir ki, 10-BX-007 dövlət nömrə nişanlı, "Maserati” markalı avtomobili idarə edən Abdullayevin hansı səbəbdən saxlanıldığı dəqiq bilinməsə də, onun zəng edərək cərimədən yayındığı bildirilir.
Araz Abdullayev daha öncə də yol hərəkət qaydalarını pozması nəticəsində DYP əməkdaşları tərəfindən saxlanılıb.

