Kriştiano Ronaldo təcavüz iddialarından sonra növbəti açıqlama ilə çıxış edib.
Sportinfo.az xəbər verir ki, "Yuventus"da çıxış edən futbolçu yalan danışmadığını və məhkəmədə qələbə qazanacağını bildirib:
"Meydanda və meydandan kənarda nümunəvi insanam. Hər zaman gülən və xoşbəxt biriyəm. Möhtəşəm klubda oynayıram, gözəl ailəm və 4 uşağım var.
Sağlamam və hər şeyə sahibəm, digər şeylər mənim üçün maraqsızdı. Bu məsələ ilə bağlı yalan demirəm. Vəkillərim və mən məhkəməni əlbəttə ki, qazanacağıq".
Amerikalı model Katrin Mayorqa 2009-cu ildə Ronaldo tərəfindən zorlandığını iddia edir.

